Ukraynada müharibə bi il qurtara bilər | VİDEO

   Ukraynada müharibə bi il qurtara bilər    | VİDEO
  28 İyul 2025    Oxunub:509
Ukrayna lideri Volodimir Zelenskinin mövqeyinin zəifləməsi və Rusiya ordusunun cəbhədə hücumunu davam etdirməsi Ukraynadakı münaqişənin artıq bu il başa çatmasından danışmağa imkan verir.
AzVision.az xəbər verir ki, amerikalı siyasi şərhçi və radio aparıcısı Stiv Cill Rusiyanın “TASS” agentliyinə müsahibəsində belə deyib.

“Rusiyanın döyüş meydanında irəliləyişini davam etdirməsi Zelenskinin Ukraynada hakimiyyətinin zəifləməsi və Trampın münaqişəni uzunmüddətli həll yolu ilə bitirmək istəyi ilə birləşərək, danışıqların bu ilin sonuna qədər, lakin bundan əvvəl yox, uğurla yekunlaşacağı ehtimalını söyləməyə imkan verir”, - Stiv Cill vurğulayıb.

Tramp Zelenskini vəzifədən uzaqlaşdıracaq? | VİDEO
Onun sözlərinə görə, Ukraynaya əlavə hərbi və maliyyə yardımı göstərmək istəyənlər koalisiyası zəifləyir və Qərb artıq Zelenskinin ölkə daxilindəki vəziyyətə nəzarəti itirdiyini etiraf edir.

Bundan əvvəl Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti Qərb dövlətlərinin Zelenskinin Ukraynanın antikorrupsiya agentliklərinə qarşı hərəkətlərindən çox məyus olduqlarını yazıb.

Yaponiyanın “Shūkan Gendai” nəşri isə, ABŞ prezidenti Donald Trampın sentyabrın əvvəlinə qədər ukraynalı həmakrını istefaya göndərə biləcəyini istisna etməyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   müharibə  



Xəbər lenti